Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində ata və oğul batıb.
Redaktor.az unikal.az-a istinadən xəbər verir ki, atası ilə birlikdə boğulan Mirmövsüm Ağayev kursant olub və birinci kursda təhsil alırmış.
Onların hər ikisinin meyiti bu gün FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.