Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 49 yaşlı Nazim Gözəlov müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.
Mərhumun xərçəng xəstəliyindən öldüyü bildirilir.
Qeyd edək ki, şəhid Ceyhun Gözəlzadə 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub və 2020-ci ildə Vətən müharibəsində iştirak edib. O, Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.