AZ

İranın Şərqi Azərbaycan vilayətində kimya zavodunun anbarında yanğın baş verib

Bakı. Trend:

Ötən gecə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycanvilayətinin Azərşəhr rayonunda kimya zavodunun anbarında yanğın başverib.

Trend-inməlumatına görə, bunu İranın Azərşəhr icra hakimiyyətininyanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoruRəhim Həzrəti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə rayonun Əxicahan kəndində yerləşəşnzavodun alışqan maddələrin saxlandığı anbarda baş verib.

Həzrəti deyib ki, yanğın alışqan maddələrin anbarda standartlarauyğun olmayan formada saxlanılması və texniki nöqsanlar nəticəsindəbaş verib.

Rayon rəsmisi hadisə nəticəsində ölən və yaralananın olmadığınıdeyib. Həzrəti yanğının dəqiq səbəbi və dəyən xəsarətinqiymətləndirilməsi üçün araşdırmanın aparıldığını deyib.

Yanğın yanğınsöndürmə əməkdaşları tərəfindən söndürülüb.

Məqalədə:
Seçilən
47
1
az.trend.az

2Mənbələr