İslam Maxaçev və Cek Della Maddalena döyüşünün tarixi məlum olub.
Offsideplus.az xəbər verir ki, döyüş noyabrın 8-də olacaq. Qarşılaşma əfsanəvi Madison Square Garden'da keçiriləcək.
İslam sonuncu dəfə bu ilin yanvarında oktaqona çıxıb. O, bu dəfəki görüşdə ardıcıl 5-ci dəfə kəmərini qorumağa çalışacaq.
Della Maddalena isə ardıcıl 18 döyüşdür məğlubiyyətin nə olduğunu bilmir.
Bu görüş UFC322 tədbirində baş tutacaq.