AZ

Qəzzaya 36 yardım maşını daxil olub

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şənbə günü Qəzzaya cəmi 36 humanitar yardım yük maşını daxil olub. Bu rəqəm BMT-nin ehtiyacları ödəmək üçün gündəlik tələb etdiyi 500–600 maşınlıq həcmlə müqayisədə xeyli azdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisinin yaydığı məlumatda qeyd olunur.

Bildirilib ki, yardım yük maşınlarının əksəriyyəti bölgəyə çatdıqdan sonra tərkibindəkilər paylanmazdan əvvəl qarət olunub.

Qurum sərhəd-keçid məntəqələrinin dərhal açılmasına və bölgəyə kifayət qədər humanitar yardım, o cümlədən körpə qidalarının daxil olmasına çağırış edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr