AZ

Nə qədər ki, Putin hakimiyyətdədir, Ukraynanı parçalamaqdan vaz keçməyəcək ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın “müharibəni dayandır” təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” dedi. Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” – deyən Kreml sahibinin məntiqi sadədir. Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukaryan ilə atəşkəs mümkün deyil. İkicisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib". 

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib:

"Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcəklər. Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır. Digər tərəfdən Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o Ukraynanı parçalamaq planından vaz keçməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
8
sherg.az

9Mənbələr