Ötən gecə Rusiyanın Voronej vilayətində hava hücumundan müdafiə qüvvələri və radioelektron mübarizə vasitələri ilə Ukraynaya məxsus 25-dən çox pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.
Bildirilib ki, hücum Voronej şəhəri və vilayətin dörd rayonunda qeydə alınıb.