"Barselona"nın "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Raşford "blauqrana"nın heyətində bu mövsüm neçə qol vurmağı planlaşdırdığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" cinah hücumçusunun sözlərini belə çatdırıb:
"Bu mövsüm 100 qol vuracam (gülümsəyir)! Düzünə qalsa, bacardığım qədər çox qola imza atacam. Bilirəm ki, başqa ölkədə, fərqli oyun üslubuna malik komandada oynamaq mənim üçün qeyri-adi olacaq, amma çağırışı qəbul edirəm. Çalışacam ki, mümkün qədər çox qolla yadda qalım".
Xatırladaq ki, "Barsa" Raşfordu icarəyə götürdüyünü iyulun 23-də açıqlayıb.
Nihat