AZ

KİV: NATO Estoniyada müttəfiqlərin korpuslarını yerləşdirə bilər

NATO Almaniya-Niderland müttəfiq korpusunu Estoniyanın Pyarnu şəhərində yerləşdirmək imkanını nəzərdən keçirir.

Bakues.az-ın xəbərinə görə, bu barədə Estoniya Müdafiə Nazirliyinə istinadən ERR teleradio şirkəti məlumat yayıb.

“NATO Almaniya-Niderland müttəfiq qüvvələrinin korpusunun Estoniya ərazisinə yerləşdirilməsinə qərar verə bilər – müsbət ssenari baş verərsə, Pyarnu şəhəri korpusun bazasına çevrilməlidir. Yekun qərarın cari il ərzində veriləcəyi gözlənilir”, – məlumatda bildirilib.

ERR-in məlumatına görə, müttəfiq korpusun Estoniyada yerləşdirilməsi qərargah binaları, texniki otaqlar və lazımi kommunikasiyalar daxil olmaqla 100-200 nəfərlik infrastrukturun yaradılmasını nəzərdə tutur. Qeyd olunur ki, Estoniya Müdafiə Nazirliyi korpus üçün infrastrukturun tikintisi üçün 17 milyon avro planlaşdırıb.

“Bu, təkcə komandanlıq funksiyalarını yerinə yetirən müttəfiqlərimizə deyil, həm də Estoniya hərbçilərinə, o cümlədən çağırışçılara da təsir edəcək. Bu, Müdafiə Qüvvələri üçün strateji əhəmiyyətli addımdır”, – müdafiə naziri Hanno Pevkur bildirib.

Seçilən
9
12
icma.az

10Mənbələr