Lionel Messi bu gün səhərə yaxın keçirilən matçda zədələnib.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu "İnter Mayami" - "Nekaksa" görüşünün 11-ci dəqiqəsində zədələndiyinə görə əvəzlənib.

Onun yeni komanda yoldaşı Rodriqo de Paul həmyerlisinin zədəsi barədə söz açıb:

“Fasilədə paltardəyişmə otağına, Messinin yanına qaçdım və “Leo, necəsən?” deyə soruşdum. O, mənə tanış olan sakit baxışla baxdı və dedi: "Narahat olma, Rodri, Bud əzələmdə bir az narahatlıq var. Bu, ciddi bir şey deyil".