ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Avstraliyanın Viktoriya ştatının Baş naziri Jasinta Allan məsafədən işləməyi qanun çərçivəsinə salmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə baş nazir açıqlamasında deyib.
O, bu iş rejiminin tələb deyil, hüquq olduğunu bildirib.
Allan qeyd edib ki, şərait imkan verdiyi təqdirdə işçi həftədə iki gün evdən işləyə bilməlidir. Bu yolla işçilər daha səmərəli çalışacaq, ailələrinə daha çox vaxt ayıracaq və pula qənaət edəcəklər.
Bundan əlavə, məsafədən iş həm yollarda sıxlığı azaldacaq, həm də qadınların əmək bazarında daha fəal iştirakına imkan verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.