ain.az, Olke.az portalına istinadən məlumat verir.
İngiltərənin "Nottingem Forest" klubu "Milan"ın (İtaliya) yarımmüdafiəçisi Yunus Musanı transfer etmək niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, İngiltərə klubu A Seriyası təmsilçisinin transferə çıxardığı futbolçuya rəsmi təklif göndərəcək.
22 yaşlı amerikalı futbolçu "Milan"ın yeni məşqçisi Massimiliano Alleqrinin planlarına daxil deyil. Milan təmsilçisinin futbolçuya görə "Napoli" 25 milyon avroluq təklifini rədd etdiyi bildirilib. Klub futbolçunun satışından 30 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, 2023-cü ildən "Milan"ın formasını geyinən Y.Musa komandada 59 matçda iştirak edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.