AZ

Rusiyada azərbaycanlılara məxsus bazarın dağıdıldığı bildirilir

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yekaterinburqun Sortirovka rayonunda azərbaycanlılara məxsus bazar dağıdılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloknot Rossiya” məlumat yayıb.

Bildirilir ki, bazarın sökülməsi, çox güman ki, Azərbaycan diasporasına qarşı Rusiya güc strukturlarının təzyiqləri ilə əlaqəlidir.

“Hücumlara Moskvanın azərbaycanlı sahibkarları Qod Nisanov və Zarax İliyevə məxsus olan “Sadovod” və “Food City” bazarları da məruz qala bilər”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün – avqustun 2-də Azərbaycan diasporunun Yekaterinburqdakı rəhbəri Şahin Şıxlinskinin Moskvada saxlanılması barədə məlumat yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
yeniavaz.com

1Mənbələr