Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəhbəri Eşqi Bağırovla görüşümüz oldu.
Eşqi müəllim məni inandırmağa çalışdı ki, o, səhv sualların düşməsində maraqlı deyil və söz verdi ki, mənim o ekspertlərlə görüşümü, debatımı təşkil edəcək. Əlavə etdi ki, ekspert olmadığı üçün Azərbaycan Respublikasının Təhsil İnstitutuna inanmaq məcburiyyətindədir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu müəllimlərin işə qəbulu imtahanında bəzi sualların səhv olması barədə iddia ilə çıxış edən tarix müəllimi Samir Bəşirli deyib.
O bildirib ki, heç bir vədə inamı qalmayıb:
“Məhkəməmiz olacaq. Məhkəməyə qədər onlarla görüşümüz baş tutsa əla...
Mən artıq müxtəlif mütəxəsislərdən yazılı şəkildə rəyləri almışam. Cənab Prezidentə də bu barədə məktuba qoşma kimi həmin rəylər əlavə olunub. Bu rəylər həmin şəxslərin öz adlarından verdikləri rəylərdir. Heç bir qurumun rəsmi rəyi deyil. Həmin şəxslərə və ya qurumlara təzyiq etməklə özünüzü biabır edəcəksiniz. Mənə bəzi siqnallar çatır. Onsuz da ekspertiza mənim suallarım əsasında rəy verir. O suallara dünya da dağılsa, sizin istədiyiniz cavabı verə bilməzlər. Özünüzə güldürməyin.
S.Bəşirli bundan əvvəl bildirmişdi ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu ekspertləri dilemma qarşısında qalıblar:
“ Hər iki versiya onlar üçün reputasiya itkisi olacaq.
1. Ya appelyasiyada 4 sualın dördünü də səhv olması elan edilib hər kəsə bal əlavə ediləcək.Bu halda orda kimlərəsə töhmət gələcək.
2. Ya da suallardan 1-2-ni uyğunsuzluq səbəbilə doğru elan edəcəklər.Bu halda isə biz prosesi növbəti mərhələyə daşımalı olacağıq. Bu məsələdə sonuna kimi gediləcək.İndiki halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu iki mümkün pis variant arasından ən yüngülü seçməlidirlər.Bunu etməsələr, o zaman biz də prosesləri növbəti və daha kütləvi mərhələyə keçirəcəyik..Proseslərin növbəti mərhələyə keçməsi onlar üçün elə reputasiya itkisi ilə nəticələnək ki, nəticədə onu heç kim düzəldə bilməyəcək”.
Xəzər
“Cebheinfo.az”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.