AZ

Avropanın avtomobil sənayesi 4,7 milyard dollar gəlir əldə edəcək

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) və ABŞ arasında ticarət sazişi Avropanın avtomobil sənayesinə əlavə olaraq təxminən 4,7 milyard dollar qazandıracaq. Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni “Bloomberg” agentliyi aparıb. Apreldə ABŞ Prezidenti Donald Tramp avtomobil idxalına rüsumu 25 faiz bəndi artırmışdı. Brüsselin Vaşinqtonla yeni sövdələşməsi tarif dərəcəsinin 15 %-ə endirilməsini nəzərdə tutur. Bununla belə, Avropa şirkətləri yeni ticarət rejiminə uyğunlaşmalı olacaqlar, çünki Tramp rüsumları artırmazdan əvvəl göstərici 2,5 % səviyyəsində idi. Avtomobil istehsalçıları seçim etməli, yəni ya qiymətləri artırmalı, ya da istehsalın bir hissəsini ABŞ-yə köçürməli olacaqlar”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
avtosfer.az

3Mənbələr