AZ

Lukas Ventura “Qarabağ”a gəlir?

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan çempionu "Qarabağ" İsrailin "Hapoel Beer Şeva" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Lukas Venturanı heyətinə qatmaqda maraqlıdır.

Bu barədə "Koto Sport" nəşri məlumat yayıb.

Məlumata görə, 27 yaşlı futbolçu ilə Bolqarıstanın SSKA Sofiya klubu da maraqlansa da, "Qarabağ" daha sərfəli maliyyə şərtləri təklif edir.

Klub oyunçunun maaşını üçqat artırmağa və transfer üçün ciddi vəsait ayırmağa hazırdır.

Bununla belə, UEFA qaydalarına əsasən, Ventura artıq "Hapoel"in heyətində avrokubok oyunlarında iştirak etdiyindən, "Qarabağ"ın cari mövsümdəki təsnifat mərhələsində forma geyinə bilməyəcək. Lakin komandanın Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması bu transferə marağı daha da artırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
baku.ws

2Mənbələr