Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda dəfn ediləcək.
“Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq”, – deyə Çingiz Abdullayev bildirib.
Qeyd edək ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən yazıçılardan biri olub. O, həmçinin uzun illər dövlət vəzifələrində çalışıb, mədəniyyət və siyasət sahəsində mühüm xidmətlər göstərib. Bu gün 82 yaşında dünyasını dəyişib.