AZ

Yapon dənizində Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin təlimləri keçirilir

Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri iki ölkə arasında təlimlərin praktiki hissəsini keçirmək üçün Yapon dənizinə daxil olub.

 
Bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.
 
“Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin gəmiləri “Dənizdə qarşılıqlı fəaliyyət - 2025” Rusiya-Çin birgə təliminin praktiki hissəsini keçirmək üçün Vladivostokdan Yapon dənizinə yola düşüb”, - məlumatda bildirilib.
 
Donanmanın mətbuat xidmətindən qeyd olunub ki, yola düşməzdən əvvəl Sakit Okean Donanmasının əsas estakadasında gəmilərin ekipajlarının ümumi formalaşması baş tutub. Böyük Pyotr körfəzinə yola düşdükdən sonra iki ölkənin gəmiləri birgə dəstə yaradıb, rabitə təlimləri və birgə manevrlər keçiriblər.
 
Birgə dəstənin tərkibinə iri sualtı qayıqlara qarşı “Admiral Tributs” gəmisi və “Qromkiy” korveti, həmçinin “Şaosin və “Urumçi” esminesləri daxildir. “İqor Belousov” xilasedici gəmisi və “Sixu” sualtı xilasetmə gəmisi, eləcə də iki ölkənin dizel-elektrik sualtı qayıqları xilasetmə işlərini yerinə yetirmək üçün ərazidədirlər.
 
Yapon dənizi akvatoriyasında ənənəvi Rusiya-Çin “Dəniz qarşılıqlı fəaliyyəti - 2025” təlimlərinin dəniz hissəsinin 2025-ci il avqustun 5-dək keçirilməsi planlaşdırılır.
 
(Report)
Seçilən
16
3
moderator.az

4Mənbələr