AZ

Moskva vəziyyəti dəyişdi Trampa pis xəbər

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Rusiya Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Trampın ultimatumunun müddətinin bitməsinə bir həftə qalmış döyüş meydanında uğur əldə edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Junge Welt” nəşri yazıb.

“Müharibə nəzərəçarpacaq ərazi dəyişikliklərinə çevrilir və bu, Moskvanın xeyrinədir. Rus qoşunları son həftələr bir neçə sahədə mühüm nailiyyətlər əldə edib. Strateji əhəmiyyətli mədən şəhəri Pokrovsk mühasirəyə alınmaq ərəfəsindədir”, – deyə bildirilib.

Qeyd edək ki, iyulun 28-də D.Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş görmədiyini  bildirib. Bununla əlaqədar olaraq, ABŞ lideri Rusiyanın atəşi dayandırması üçün müəyyən edilmiş 50 günlük müddəti qısaldıb. Onun sözlərinə görə, Moskva üçün yeni müddət 10-12 gün olacaq.

Ağ Ev rəhbəri qeyd edib ki, onun təyin etdiyi müddətdə Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik ikinci dərəcəli tariflər tətbiq edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
globalinfo.az

1Mənbələr