AZ

Noyer üçün real fürsət

Manuel Noyer yenidən milli forma geyə bilər. Hər halda bunun üçün real fürsət yaranıb.

“Bild” qəzetinin yaydığı xəbərə görə, buna Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegenin növbəti dəfə sıradan çıxması şərait yaradıb. “Barselona”nın oyunçusu belindən əməliyyat keçirib. O, bu səbəbdən daha bir neçə ay oynaya bilməyəcək.

Nəticədə Noyerin gələn yay keçiriləcək dünya çempionatında iştirak şansı ortaya çıxıb. Yeri gəlmişkən, “Bavariya”nın qapıçısı milli komandadakı çıxışını 2024-cü ilin yayında dayandırıb.

Seçilən
26
1
football-plus.az

2Mənbələr