AZ

Bakıda 20 yaşlı qadın itkin düşdü – FOTO

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində 20 yaşlı qadın bir həftədir ki, itkin düşüb.

Bakues.az xəbər verir ki, hadisə iyulun 28-də baş verib.

Qəsəbənin Neftçilər küçəsində yaşayan Bayrızadə Şəfa Nüsrət qızı həmin gün gecə saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Məlumata görə, Şəfa Bayrızadə evlidir və bir azyaşlı övladı var. Onun həyat yoldaşı “N” saylı hərbi hissədə hərbi xidmətlə məşğuldur. Qadın evdən çıxarkən övladını evdə tək qoyub. Evi tərk edərkən uzun güllü don geyindiyi bildirilib.

Şəfa Bayrızadəni görən və ya onunla bağlı hər hansı məlumatı olan şəxslərdən Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng etmələri xahiş olunur.

Seçilən
46
7
icma.az

8Mənbələr