Avropada atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən istehsal gücünü azaltmağa məcbur olub.
Bu barədə "Financial Times" nəşri xəbər yayıb.
Məlumata görə, 2025-ci ilin iyun ayı müşahidələrin aparıldığı müddət ərzində Qərbi Avropada qeydə alınan ən isti ay olub.
Avropa ölkələrinin elektrik şəbəkəsi kondisionerlərdən istifadənin kəskin artması səbəbindən aşırı yüklənməyə məruz qalıb.
Eyni zamanda, isti havada reaktorları soyutmaq daha çətin olduğuna görə bir sıra AES istehsal gücünü azaltmağa və ya müvəqqəti bağlanmağa məcbur olub.
O cümlədən, Fransa və İsveçrədə yerləşən AES-lər müvəqqəti olaraq fəaliyyətini dayandırıb.