AZ

"Lampare"də parkinqə görə müştəridən 40 manat ödəniş alındı

Ajans.az 1Xəbər-ə istinadən xəbər verir ki, Məşhur "Lampare" restoranında müştəriləri narazı salan vəziyyət yaranıb.Salyan şossesi, Şıxov çimərliyi ərazisində yerləşən lüks restorana gələn müştərilər parkinq üçün böyük məbləğ ödəməlidir.

Maraqlıdır ki, parkinq ödənişi müştərilərə restorandan təqdim edilən ümumi ödəniş qəbzlərinə əlavə edilir. Bu isə müştərilərin narazılığına səbəb olub.

Həmin müştərilərdən biri restorana ödənilən hesabı paylaşaraq buna etirazını bildirib. Belə ki, restorana gələn müştərilər 500 manatdan çox hesab ödəyiblər. 10 faiz (54 manat) də əlavə olaraq servis haqqı ödəyən müştərilərdən 4 maşına görə 40 manat da parkinq ödənişi alınıb. Bu məsələ sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Bildirilib ki, restorana gələn, obyektə kifayət qədər xeyir verən, 2 porsiya pendirə 70 manat, çörəyə isə 15 manat ödəniş edən 40 manat parkinqə niyə ödəməlidir?
Seçilən
14
12
Ajans.az

9Mənbələr