AZ

Formula 1: 200-cü qələbə, 56-cı dubl

BAKI. 3 avqust. TELEQRAF

Formula 1 üzrə Macarıstan Qran Prisinə yekun vurulub.

Teleqraf xəbər verir ki, qalib adını "Maklaren" pilotu Lando Norris qazanıb.

Bu, Norrisin ümumilikdə 9-cu, "Maklaren"in 200-cü qələbəsidir.

Komandanın digər üzvü Oskar Piasti ikinci yeri tutub və "Maklaren"in 56-cı qələbə "dubl"unu rəsmiləşdirib.

Üçüncü yer "Mersedes" sürücüsü Corc Rassellə qismət olub.

"Red Bull" pilotu, dördqat dünya çempionu Maks Ferstappen isə 9-cu yerlə kifayətlənib.

Seçilən
41
teleqraf.com

1Mənbələr