Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, saat 13 radələrində 1966-cı il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sol baldırın və sol pəncənin I və II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta