Xaçmazda güclü külək fəsadlar törədib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, şəhərin N. Nərimanov prospektində ticarət obyektinin dam örtüyü uçaraq yolun kənarında dayanan avtomobillərin üzərinə düşüb.
Nəticədə xəsarət alan olmasa da, "Hyundai", "Mercedes", "QazEl" markalı üç avtomobilə və rabitə xətlərinə ziyan dəyib.
Avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Ondan əlavə güclü külək səbəbindən rayonun 50 - dən çox yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda fəsadların aradan qaldırılması üçün işlər aparılır.
Asiman Qaraca