AZ

“Qarabağ”ın kapitanı: “Öz hədəflərimiz var, ən çətin oyunlar hələ qarşıdadır"

"Qarabağ"ın kapitanı Abdellah Zubir Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la görüşdə qazandıqları qələbəni (1:0, ilk oyun - 3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, fransalı vinger qarşılaşmanı bu cür dəyərləndirib:

"Şelburn"a qarşı matç asan alınmadı. Amma belə olacağını da gözləyirdik.

İlk matçdakı hesaba baxmayaraq, bu oyunda da rəqib bizi öz meydançasında qarşılayırdı. Qol vurduqdan sonra hücumlar yaratmaq asanlaşdı.

Əsas vəzifə qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək idi. Bu turnirdə öz hədəflərimiz var.

Mümkün qədər irəli getməyə çalışacağıq. Ən çətin görüşlər hələ qarşıdadır".

Seçilən
5
sportinfo.az

1Mənbələr