"Qarabağ" növbəti transferini rəsmiləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Ağdam təmsilçisi ötən mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Joni Montieli heyətinə qatıb. Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
Qeyd edək ki, "Qarabağ" bunadək Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaeeni ("Dinamo" Zaqreb - icarə) transfer edib.