AZ

Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib  

Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.

Bu barədə  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkmənistanın Avaza şəhərində keçiriləcək Parlamentlərarası Forumun birinci sessiyasına spiker Sahibə Qafarova sədrlik edəcək. Səfər çərçivəsində Milli Məclisin sədrinin Forumda çıxışı və bir sıra görüşləri nəzərdə tutulur.

Seçilən
33
32
azerbaijan-news.az

10Mənbələr