Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib -Foto
Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Təhsil, elm, mədəniyyət və gənclər siyasəti məsələləri üzrə komitə sədri Bayramgözəl Muradova, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkmənistanın Avaza şəhərində keçiriləcək Parlamentlərarası Forumun birinci sessiyasına spiker Sahibə Qafarova sədrlik edəcək. Səfər çərçivəsində Milli Məclisin sədrinin Forumda çıxışı və bir sıra görüşləri nəzərdə tutulur .