AZ

Macarıstan Qran-prisində qalib Lando Norris oldu

"Formula-1" üzrə Dünya Çempionatının 14-cü mərhələsi – Macarıstan Qran-prisi artıq geridə qalıb və qalibin adı bəlli olub.

Far.Az xəbər verir ki, "McLaren" komandasının britaniyalı pilotu Lando Norris Hunqarorinq trasında baş tutan gərgin yarışı birinci sırada tamamlayaraq qələbə sevinci yaşayıb.

Bu, onun mövsümdəki növbəti uğurlu çıxışı kimi qiymətləndirilir.

Norrisin komanda yoldaşı – avstraliyalı Oskar Piastri ikinci yeri tutub və bu nəticə "McLaren" üçün ikiqat sevincə səbəb olub. "Mercedes" pilotu Corc Rassel isə podiumun üçüncü pilləsində qərarlaşıb.

Seçilən
15
1
far.az

2Mənbələr