AZ

"Napoli" "Brest"ə uduzdu

style='margin-bottom:10px;'>

“Napoli” və “Brest” klubları arasında yoxlama oyunu keçirilib.

QOL.az xəbər verir ki, görüş Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyun İtaliyanın Kastel-di-Sanqro şəhərində yerləşən “Teofilo Patini” stadionunda baş tutub. Matçın 30-cu dəqiqəsində Lyudovik Ajork hesabı açıb. Üç dəqiqə sonra isə o, dubla imza ataraq fərqi iki topa çatdırıb. “Napoli”nin heyətində Lorenzo Lukka 63-cü dəqiqədə fərqlənərək hesab arasındakı fərqi minimuma endirib.

“Napoli” qarşıdakı yoxlama oyunlarında “Kazertana” (4 avqust), “Jirona” (9 avqust), “Sorrento” (10 avqust) və “Olimpiakos” (14 avqust) ilə qarşılaşacaq. Neapol təmsilçisi A Seriyasındakı yeni mövsümə 23 avqustda “Sassuolo”ya qarşı oyunla başlayacaq.

“Brest” isə növbəti yoldaşlıq görüşündə 9 avqustda “Sassuolo” ilə qarşılaşacaq, 17 avqustda isə Fransa Liqa 1-in 1-ci turunda “Lill”in qonağı olacaq.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr