Ajans.az xəbər verir ki, hadisə Bakı–Quba avtomagistralının kənarında, Şabran rayonunun Dəvəçikənd kəndi ətrafında baş verib. Məlumata görə, axşam saatlarında biçilmiş əkin sahələri alışıb, güclü külək səbəbilə yanğın geniş əraziyə yayılıb, kol-kos yanıb. Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hazırda yanğının tam məhdudlaşdırılması üçün tədbirlər görülür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta