AZ

Amorim “Mançester Yunayted”in aparıcı oyunçularını açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın aparıcı oyunçuları haqda söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hazırda aparıcı oyunçular dəstəsində altı cavabdeh oyunçu var: Bruno Fernandes, Harri Maquayr, Lisandro Martines, Dioqu Dalo, Tom Hiton, Nussayr Mazraui.

Elə xüsuslar var ki, onlar haqqında mənə, keçən mövsümdə şəxsən qayğılanmaq gərək oldu. Mən oyunçularıma dedim: İndi bu, sizlərin məsuliyyətidir. Əgər xırda çətinliklər baş qaldırırsa, bunları müstəqil surətdə çözün, sizlər buna cavabdehsiniz. Bütün bu kiçik dəyişikliklər komandaya daha da yaxşı olmağa kömək olur”, deyə Amorim vurğulayıb.

Seçilən
28
arena.az

1Mənbələr