Mərkəzdə saxlanılanlar 4 kvadrat metrdən az olmayan yaşayış otaqlarında fərdi çarpayı və yataq ləvazimatları ilə təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Əgər münasib paltarı yoxdursa, iqlimə uyğun və insan ləyaqətinə uyğun paltar verilir.
Paltar azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənir.