AZ

Husilər İsraildə Hayfa və Ben Qurion hava limanına zərbələr endirib

Yəmənin üsyançı hərəkatı Ənsar Allah (Husi) tərəfdarları İsraildə bir neçə hədəfə pilotsuz təyyarələrlə zərbələr endirib.

Doğru.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin hərbi sözçüsü Yəhya Sarı “Əl-Masirah” telekanalının efirində açıqlama verib. Onun sözlərinə görə, zərbələrdən biri Hayfa limanına endirilib.

Bundan əlavə, cümə günü – avqustun 1-də husilər İsrailin Ben Qurion hava limanına hipersonik ballistik raketlə növbəti zərbə endirdiklərini bəyan ediblər.

DOĞRU.AZ

Seçilən
13
dogru.az

1Mənbələr