AZ

Millətlər Liqasının qalibi müəyyənləşdi

Polşa millisi kişi voleybolu üzrə Millətlər Liqasının qalibi olub.

Publika.az xəbər verir ki, final görüşündə polşalılar İtaliya yığmasını üç setdə məğlub ediblər — 25:22, 25:19, 25:14.

Üçüncü yer uğrunda qarşılaşmada Braziliya və Sloveniya komandaları üz-üzə gəlib. Bərabər səviyyəli mübarizədən sonra qələbə və bürünc medal Braziliya yığmasına qismət olub — 23:25, 25:20, 25:23, 25:19.

Seçilən
9
2
publika.az

3Mənbələr