AZ

Rəsmi Ankara: Danışıqların dördüncü raundu ilə bağlı müraciət almamışıq

BAKI, 4 avqust. TELEQRAF

Türkiyə tərəfi Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu ilə bağlı heç bir müraciət almayıb, lakin istənilən vaxt vasitəçiliyi bərpa etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından məlumat verilib.

Rəsmi Ankaradan bildirilib: “Hələlik belə siqnallar yoxdur. Konkret təkliflər ortaya çıxsa, məlumat verəcəyik. Türkiyə münaqişənin sülh yolu ilə həll edilməsinə kömək etməyə sadiqdir”.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu keçirilib.

Seçilən
14
teleqraf.com

1Mənbələr