Bakı. Trend:
Almaniyada vətəndaşlıq müavinətinin (Bürgergeld) həcmi ötən ilrekord məbləğə - 46,9 milyard avroya çatıb. Bu, 2023-cü illəmüqayisədə təxminən 4 milyard avro çoxdur.
Trend xəbər verir ki, bubarədə Əmək və Sosial Məsələlər Nazirliyinin Almaniya üçünAlternativ (AfD) partiyasının sorğusuna cavabında qeyd olunub.
Həmin məbləğ ümumilikdə 5,5 milyon nəfərə ödənilib. Onlardantəxminən 4 milyonu əmək qabiliyyətli olub. Ümumi məbləğin almanvətəndaşlarına ödənilən hissəsi 24,7 milyard avro (52,6 faizi),alman pasportu olmayan şəxslərə isə 22,2 milyard avro (47,4 faizi)olub.
Xarici vətəndaşlar arasında 2022-ci ildən bəri Rusiyanın hücumunəticəsində Almaniyaya gələn yüz minlərlə ukraynalı var. 2024-cüildə onlara 6,3 milyard avro vəsait ayrılıb. Əsas səkkiz sığınacaqölkəsindən olan şəxslərə isə ümumilikdə 7,4 milyard avroödənilib.
Qeyd edək ki, AfD vətəndaşlıq müavinətinin həcminin getdikcəartmasından narazılığını ifadə edərək, əcnəbi vətəndaşlara bumüavinətin verilməsinin qadağan olunmasını tələb edir.