AZ

Cənubi Koreya KXDR sərhədindəki təbliğat səsgücləndiricilərini sökür

Seul gərginliyin azaldılması məqsədilə təbliğata fasilə verir...

Poliqon xəbər verir ki, Cənubi Koreya Silahlı Qüvvələri 4 avqust tarixində Şimali Koreya ilə sərhəd boyunca quraşdırılmış təbliğat səsgücləndiricilərinin sökülməsinə başlayıb. Bu barədə Seulun "Yonhap" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Addım, Koreya yarımadasında gərginliyin azaldılması məqsədilə atılıb.

Cənubi Koreya 2024-cü ilin iyununda, altı illik fasilədən sonra, Şimala qarşı təbliğat yayımını bərpa etmişdi. Bu qərar Pxenyanın sərhəddən bəri-bəhanə tullantılarla dolu hava şarları göndərməsinə cavab olaraq verilmişdi.

Lakin 11 iyun tarixində Cənubi Koreya Prezidenti Li Çje Men sərhəd bölgələrində bu yayımı dayandırmağı əmr etmişdi. Bu, Şimali Koreya ilə münasibətləri normallaşdırmaq istiqamətində atılmış addım kimi dəyərləndirilir. Bildirilib ki, bu tədbirlər ölkənin hərbi hazırlıq səviyyəsinə təsir etməyəcək.

Poliqon.info

Seçilən
37
50
poliqon.info

10Mənbələr