AZ

Məşhur brazilyalı müdafiəçi Kipr klubuna keçdi

BAKI, 4 avqust. TELEQRAF

Məşhur braziliyalı müdafiəçi David Luis Kiprin “Pafos” klubuna keçib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Luisin son klubu Braziliya “Fortaleza”sı olub. O, yaxın günlərdə “Pafos”un heyətində UEFA Çempionlar Liqasının “Dinamo” (Kiyev) ilə oyununda debüt edə bilər.

Qeyd edək ki, Braziliya yığmasının sabiq futbolçusu “Çelsi”, “Arsenal” və PSJ kimi iddialı klublarda çıxış edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr