Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ukraynada atəşkəs avqustun 8-dək əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Modern.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Sanksiyalar olacaq, lakin görünür, onlar (Rusiya -red.) sanksiyalardan yayınmaqda kifayət qədər uğurludurlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan yayınmaqda kifayət qədər uğurludurlar, ona görə də görəcəyik ki, bundan nə çıxacaq", - Tramp jurnalistlərə deyib.
Qeyd edək ki, ötən ayın sonu Tramp bəyan edib ki, 50 gün ərzində Ukraynadakı münaqişənin həllində irəliləyiş olmazsa, ABŞ Rusiyadan karbohidrogenləri alan ölkələrə ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Daha sonra o, bu müddəti 10 günə qədər qısaldaraq, avqustun 8-nə qədər vaxt təyin edib.
Donald Trampın “məyusluğunu” şərh edən Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, “bütün məyusluqlar həddindən artıq gözləntilərdən yaranır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.