AZ

Prokuror kafenin qarşısında dava salan qaziyə verilmiş ittihamdan imtina etdi

Şamaxı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zamin Həşimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.


O, cinayət işi üzrə verilmiş ittihamdan imtina etdiyini bildirib. Dövlət ittihamçısı qeyd edib ki, Zamin Həşimov I Qarabağ müharibəsi əlili olduğuna görə əmək qabiliyyətini itirib.


Məhkəmə vəsaiti təmin edilib, Zamin Həşimov cinayət məsuliyyətindən azad edilib.
 


İttihama görə, hadisə 22 may 2024-cü il tarixdə, saat 13 radələrində Şamaxı şəhərində yerləşən “Atayurd” kafesinin qarşısında qeydə alınıb.


Belə ki, Zamin Həşimov sözügedən kafenib qarşısına gəlib orada işləyən Qulam Əlizadəninin (adı, soyadı şərtidir) çölə çıxmasını tələb edib. Lakin Qulam çöləçıxmayıb. Bu zaman o, kafeyə daxil olaraq heç bir səbəb olmadan vətəndaşların gözü qarşısında ofsiantın ünvanına nalayiq ifadələr işlədib, onu vurmaq üçün əlindən tutub kafedən çölə çıxarmağa cəhd göstərib. Həmin vaxt kafenin qarşısında dayanmış zərərçəkmiş Mətləb Məlikov (adı, soyadı şərtidir) Zaminin qanunsuz hərəkətlərinin qarşısını almaq istəyib. O, təqsirləndirilən şəxsə yaxınlaşanda, Zamin zərərçəkmiş şəxsin əvvəl ünvanına nalayiq ifadələr işlədib. Daha sonra isə ovuc nahiyəsi ilə onun sol göz nahiyəsindən vurub.


Hadisədən sonra Zamin Həşimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 4 Avqust 2025, 08:56   
Seçilən
13
pravda.az

1Mənbələr