ain.az, News24 portalına istinadən məlumat verir.
Son illərdə baş verən iqtisadi və siyasi proseslər ABŞ dollarının real dəyərinə ciddi təsir göstərib.
Musavat.com xəbər verir ki, aparılan araşdırmalara əsasən, 2020-ci ildən bu günə qədər ABŞ dolları alıcılıq qabiliyyətinin təxminən 30 faizini itirib. Bu göstərici yüksək inflyasiya, pul kütləsinin artması və qlobal iqtisadi qeyri-sabitlik fonunda formalaşıb.
Mütəxəssislərin fikrincə, pandemiya dövründə və sonrakı illərdə ABŞ Federal Ehtiyat Sisteminin (FED) genişmiqyaslı pul emissiyası və aşağı faiz siyasəti dolların dəyərsizləşməsində mühüm rol oynayıb. Nəticədə, eyni məbləğdə pul ilə bu gün daha az məhsul və xidmət almaq mümkündür.
Qeyd edək ki, dolların dəyər itirməsi təkcə ABŞ daxilində deyil, qlobal ticarət və maliyyə bazarlarında da əhəmiyyətli təsirlər yaradır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.