AZ

Mərkəzi Bankın valyuta ehtiyatları iyulda cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

31 iyul 2025-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 191.2 milyon ABŞ dolları təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 574.5 milyon ABŞ dolları və ya 4.9% azalıb.

2024-cü ilin eyni dövründə bu göstərici 11 milyard 766 milyon dollara bərabər olub. 

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.3% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
15
banco.az

1Mənbələr