Yazını böyüt
Yazını kiçilt
Avstraliyanın şərqindəki şəhərlərə son onilliklərin ən güclü qarı yağıb.
Hafta.az xəbər verir ki, Yeni Cənubi Uelsin bəzi bölgələrində qar ötrüyünün qalınlığı 1980-ci illərdən bəri ilk dəfə 40 sm-ə çatıb. Kvinslenddə isə son 10 ildə ilk dəfə qar yağıb.
Məlumata görə, 100-dən çox avtomobil yollarda qalıb. Qar fırtınası binalara ziyan vurub və on minlərlə ev işıqsız qalıb. /"Reuters"/