Bakı. Trend:
21 mart-2 avqust aralığında İranın şimal-şərqində yerləşənRəzəvi Xorasan vilayətinin Doğarun sərhəd-gömrük məntəqəsivasitəsilə 790 mindən çox Əfqanıstan vətəndaşı öz ölkəsinəqayıdıb.
Trend-inməlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin əcnəbilərvə miqrantların məsələləri üzrə idarəsinin baş direktoru CəfərSeyidabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran qeyri-qanuni miqrant əfqanlarınölkəsinə qaytarılması üçün bütün imkanlardan istifadə edir.
Seyidabadi bildirib ki, İsrailin İrana qarşı 12 günlükmüharibəsindən sonra qeyri-qanuni əfqan miqrantların öz ölkəsinəqayıdışı daha da artıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.