AZ

Moskva rusları işğal edilmiş ərazilərə köçürür

BAKI, 4 avqust. TELEQRAF

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində keçmiş sakinlərdən mənzilləri kütləvi şəkildə müsadirə edir və onları ruslara verir. Kremlə bağlı tikinti şirkətləri isə Rusiyanın işğalı nəticəsində dağılmış mənzillərin yenidən qurulmasından qazanc əldə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“İşğal olunmuş ərazilərdə Rusiyanın dəstəklədiyi (qondarma) hakimiyyət orqanları minlərlə mənzili “sahibsiz” elan edib. İşğal nəticəsində qaçan ukraynalılar isə geri qayıtmaqda, mülkiyyət hüquqlarını təsdiqləməkdə və ya kompensasiya almaqda maneələrlə üzləşiblər. Rusiyadan bura köçürülən ruslar isə bir sıra imtiyazlardan, məsələn, yeni tikilən evlər üçün 2 faizlik güzəştli ipotekadan istifadə edirlər”, - məlumatda deyilir.

Məqalədə qeyd olunur ki, vaxtilə işğal olunmuş ərazilərdə yaşayan insanların etnik ruslarla əvəzlənməsi strategiyası Moskvanın dəfələrlə həyata keçirdiyi strategiyadır.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr