AZ

Yevlaxda 37 yaşlı kişi qətlə yetirildi

Yevlax rayonunda 37 yaşlı kişi qətlə yetirilib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib.

Belə ki, Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır.


Seçilən
15
13
news24.az

10Mənbələr