AZ

ABŞ Hindistanı Ukrayna münaqişəsini maliyyələşdirməkdə ittiham edir

“ABŞ prezidenti Donald Tramp hesab edir ki, Hindistan Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirir”.

Editor.az xəbər verir ki, bunu “Fox Business” telekanalına müsahibəsində Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller deyib.

Rəsmi vurğulayıb: “O, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsinin qəbuledilməz olduğunu açıqladı”.

Miller qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin həlli üçün diplomatik və maliyyə üsulları da daxil olmaqla bir sıra rıçaqları nəzərdən keçirir.

Tramp avqust ayından etibarən Hindistandan idxal edilən mallara 25% idxal rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Ağ Ev rəhbəri bu qərara əsas kimi ticarət maneələri və Dehlinin Moskva ilə hərbi və enerji əməkdaşlığını göstərib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr